FEDICOLFEN – suda həll olunan toz yem əlavəsidir. Quşlarda ət və yumurta istehsalını artırır, stress faktorlarından qoruyur və yumurta qabığını möhkəmləndirir. Quzu və buzovlarda mineral çatışmazlığında istifadə olunur. Gənc heyvanların sümük inkişafına və normal böyüməsinə töhfə verir, böyüklərdə isə süd, ət və yun istehsalını artırmaq məqsədilə tətbiq olunur. Hamilə və gənc heyvanların ehtiyaclarını qarşılayır, xəstəlik hallarında orqanizmin müqavimətini artırır, erkək heyvanlarda töhüm keyfiyyətini yüksəldir.
Tərkibi
Hər 1 kq-da:
Vitamin A – 60.000.000 IU
Vitamin D3 – 7.000.000 IU
Vitamin E – 50.000 mq
Vitamin K3 – 10.000 mq
Vitamin B1 – 20.000 mq
Vitamin B3 – 25.000 mq
Vitamin B6 – 10.000 mq
Vitamin B12 – 50 mq
Niasin – 150.000 mq
Pantotenik turşusu – 50.000 mq
Vitamin C – 100.000 mq
Fol turşusu – 5.000 mq
Biotin – 200 mq
DL-Metionin – 75.000 mq
İstifadə qaydası
Hazırlanmış su 3–4 saat ərzində istehlak olunmalı və hər gün təzə hazırlanmalıdır.
Dəstək məqsədilə: 1.000 litr içməli suya 20 qram
Qoruyucu məqsədlə: 1.000 litr içməli suya 100 qram Fedicolfen əlavə olunur.
Reviews
There are no reviews yet.