FEDICOLFEN

Tərkibi və Analizi

FEDICOLFEN – suda həll olunan toz yem əlavəsidir.
Quşlarda ət və yumurta istehsalını artırır, stress faktorlarından qoruyur və yumurta qabığını möhkəmləndirir. Quzu və buzovlarda mineral çatışmazlığında istifadə olunur. Gənc heyvanların sümük inkişafına və normal böyüməsinə töhfə verir, böyüklərdə isə süd, ət və yun istehsalını artırmaq məqsədilə tətbiq olunur. Hamilə və gənc heyvanların ehtiyaclarını qarşılayır, xəstəlik hallarında orqanizmin müqavimətini artırır, erkək heyvanlarda töhüm keyfiyyətini yüksəldir.

Tərkibi

Hər 1 kq-da:

  • Vitamin A – 60.000.000 IU

  • Vitamin D3 – 7.000.000 IU

  • Vitamin E – 50.000 mq

  • Vitamin K3 – 10.000 mq

  • Vitamin B1 – 20.000 mq

  • Vitamin B3 – 25.000 mq

  • Vitamin B6 – 10.000 mq

  • Vitamin B12 – 50 mq

  • Niasin – 150.000 mq

  • Pantotenik turşusu – 50.000 mq

  • Vitamin C – 100.000 mq

  • Fol turşusu – 5.000 mq

  • Biotin – 200 mq

  • DL-Metionin – 75.000 mq

İstifadə qaydası

Hazırlanmış su 3–4 saat ərzində istehlak olunmalı və hər gün təzə hazırlanmalıdır.

  • Dəstək məqsədilə: 1.000 litr içməli suya 20 qram

  • Qoruyucu məqsədlə: 1.000 litr içməli suya 100 qram Fedicolfen əlavə olunur.