Interzan Gold Oral
Tərkibi və Analizi
Interzan Gold Oral
Levamizol 3% & Oksiklozanid 6% oral suspenziya
Tərkibi
Hər 1 ml məhlulda:
-
Levamisol hidroxlörid – 30 mq
-
Oksiklozanid – 60 mq
Təsviri
-
Levamisol — imidazotiazol qrupuna aid antihelmintikdir. Parazitlərin sinir sisteminə təsir göstərərək əzələ iflici yaradır. Yetkin və qeyri-yetkin mərhələdə olan mədə-bağırsaq nematodları və ağciyər qurdu infeksiyalarına qarşı təsirlidir.
-
Oksiklozanid — salisilanilid qrupuna aid preparatdır. Əsasən yetkin qaraciyər qurdu (Fasciola spp.) infeksiyalarına qarşı aktivdir. Qaraciyər, böyrək və bağırsaqlara yayılır, öd vasitəsilə orqanizmdən xaric olunur.
İstifadə göstərişləri
İri buynuzlu heyvanlar və qoyunlarda aşağıdakı hallarda istifadə olunur:
-
Mədə-bağırsaq nematodları
-
Ağciyər qurdu infeksiyaları (Dictyocaulus spp., Trichostrongyles spp., Cooperia spp., Ostertagia spp., Haemonchus spp., Nematodirus spp., Bunostomum spp., Oesophagostomum spp., Chabertia spp.)
-
Yetkin qaraciyər qurdu (Fasciola spp.)
Xüsusilə parazitar qastroenterit və ağciyər qurdu xəstəliklərində effektivdir.
Əks göstərişlər
-
Aktiv maddəyə və ya köməkçi komponentlərə qarşı yüksək həssaslıq olduqda istifadə olunmamalıdır.
Yan təsirlər
-
Normal dozada inəkdə yüngül ishal, nəcisin yumşalması, qısa müddətli iştaha itkisi mümkündür.
-
Nadir hallarda qoyunlarda anafilaktik reaksiya (baş nahiyəsində şişkinlik) yarana bilər.
Dozalanma və tətbiq qaydası
Oral yolla verilir.
-
İri buynuzlu heyvanlar: 25 ml / 100 kq canlı çəki
-
Qoyunlar: 2.5 ml / 10 kq canlı çəki
İstifadədən əvvəl yaxşıca çalxalayın.
Çəkilmə müddəti (withdrawal time)
-
Ət və daxili orqanlar üçün:
-
İri buynuzlu heyvanlarda: 28 gün
-
Qoyunlarda: 10 gün
-
-
İnsan istehlakı üçün süd verən heyvanlarda istifadə olunmur.
Qablaşdırma
-
100 ml-lik şüşə flakon
-
250 ml, 500 ml və 1000 ml-lik kanistrlər
