CORYVAC™

Tərkibi və Analizi

CORYVAC™

İnfeksion Koryza xəstəliyinə qarşı inkativ trivalent vaksin


Ümumi məlumat

CORYVAC™ Avibacterium paragallinarum serotipləri A, B və C tərəfindən törədilən İnfeksion Koryza xəstəliyinə qarşı toyuqların immunizasiyası üçün hazırlanmış inkativ trivalent vaksindir.


Hədəf heyvan

  • Toyuqlar


Tərkibi (inkativləşdirilməmiş)

  • İnfeksion Koryza xəstəliyinə qarşı inkativ trivalent su-yağ emulsiyası

  • Hər bir serotipdən ən azı 1.5 x 10⁸ Avibacterium paragallinarum bakteriyası


İstifadə göstəriciləri

Toyuqları İnfeksion Koryza xəstəliyinin klinik əlamətlərindən və ölüm hallarından qorumaq üçün istifadə olunur.


Vaksinasiya proqramı

  • Vaksinasiya vaxtı: 8-16 həftəlik toyuqlara, baytar həkiminizin tövsiyəsinə əsasən tətbiq olunur.

  • İkinci doza: Birinci dozadan 3-4 həftə sonra, yumurtlama başlamazdan ən azı 2 həftə əvvəl vurulmalıdır.

  • İmmunitetin yaranması: Birinci vaksinasiyadan sonra 3 həftə keçdikdən sonra.

  • İmmunitetin müddəti: İki doza rejimi 6-8 həftə qoruyuculuq təmin edir. Yumurtlayan və nəsil toyuqları üçün təkrar doza tələb olunur.

Qeyd: Xəstə və immun sistemi zəif toyuqlara vaksin vurulmamalıdır. Digər baytarlıq məhsulları ilə qarışdırmayın.


Doza və tətbiq üsulu

  • Doza: 0.5 mL hər toyuğa

  • Tətbiq üsulu:

    • Boynun aşağı hissəsinə subkutan inyeksiya (iynə dərialtı, başdan uzaq istiqamətdə, düz xətt üzrə).

    • Döş və ya bud əzələsinə intramüskulyar inyeksiya (iynə 45° bucaq altında, qarın boşluğuna getməməsinə diqqət yetirilməlidir).


Qablaşdırma

  • 500 mL (1000 doza) polietilen butulka.