Aquapure-1000

Aquapure-1000 – 60 ədəd

Tərkibi
Natrium dixlorizosiyanurat – 8680 mq

Təsviri
Aquapure-1000 əsasən fermalarda suyun dezinfeksiyası üçün istifadə olunan efervesan tabletlərdir. Aquapure-1000 ilə təmizlənmiş su bütün fermə heyvanlarının istifadəsi üçün mikrobioloji cəhətdən təhlükəsiz olur. Aquapure-1000 tabletləri həmçinin fermalarda səthlərin və avadanlıqların dezinfeksiyası üçün istifadə olunur. Aquapure-1000 tabletləri geniş spektrli bakteriyalara, göbələklərə, sporlara, viruslara və protozoalara qarşı təsirlidir.

İstifadə göstərişləri
Suyun istifadəsindən əvvəl Aquapure-1000 ilə ən azı 30 dəqiqə ərzində işlənməsi tövsiyə olunur.

  • İçməli su: Fermə heyvanları üçün təmiz və təhlükəsiz içməli su təmin etmək məqsədilə istifadə olunur. Hər 1000 litr içməli suya 1 tablet (1 litr suda 5 mq aktiv xlor).

  • Səth və avadanlıqların dezinfeksiyası:

    • Gözenekli səthlər: 10 litr suya 1 tablet (1 litr suda 500 mq aktiv xlor)

    • Qeyri-gözenekli səthlər: 15 litr suya 1 tablet (1 litr suda 350 mq aktiv xlor)

    • Avadanlıqlar: 10 litr suya 1 tablet (1 litr suda 500 mq aktiv xlor)

Əks göstərişlər
Gözü ciddi şəkildə qıcıqlandıra bilər. Tənəffüs yollarını qıcıqlandıra bilər. Su mühitinə uzunmüddətli və çox zəhərli təsir göstərə bilər. Turşularla təmasda olduqda zəhərli qazlar əmələ gətirə bilər. Uşaqların əli çatmayan yerdə saxlayın. Toz, buxar, qaz, duman, spreyin nəfəsə daxil olmasından çəkinin. İstifadədən sonra əllərinizi yaxşıca yuyun.

  • GÖZƏ TƏMAS OLDUQDA: Dəqiqələrlə diqqətlə su ilə durulayın. Əgər taxılı linzalar varsa və asanlıqla çıxarılırsa, çıxarın və durulamağa davam edin. Gözdə qıcıqlanma davam edərsə, tibbi yardım alın.

  • Qoruyucu əlcək, geyim, göz və üz mühafizəsi vasitələrindən istifadə edin.

  • Ətraf mühitə buraxılmasından çəkinin.

  • Məhsulu və qablaşdırmanı xüsusi təhlükəli tullantı məntəqəsinə, yerli/qanuni tələblərə uyğun şəkildə atın.

  • Vaksinlər, antibiotiklər, vitaminlər və digər asan oksidləşən maddələrlə qarışdırmaqdan çəkinin.

  • Digər məhsullarla birlikdə istifadə etməyin – bu, təhlükəli qazların yaranmasına səbəb ola bilər.

Qablaşdırma
60 tabletlik qab.