OLVAC ONE DAY
Tərkibi və Analizi
OL-VAC ONE DAY
Newcastle xəstəliyinə qarşı inaktiv peyvənd (1 günlük cücələr üçün)
Təsviri
OL-VAC ONE DAY — Newcastle xəstəliyi virusunun yüksək immunogenliyə malik ştammından hazırlanmış inaktiv peyvənddir. Virus embriyonlu toyuq yumurtasında yetişdirilir, inaktivasiya edilir, təmizlənir və yüngül mineral yağla emulsiyalaşdırılır (Salk üsulu). Aşağı doza ilə tətbiq olunduğuna görə xüsusilə 1 günlük broyler cücələr üçün uyğundur.
Tətbiq sahəsi
-
Newcastle xəstəliyinin profilaktikası
-
Xüsusilə broyler cücələrdə istifadə olunur
Tətbiq qaydası və doz
-
Yaş: 1 günlük cücələr
-
Doza: 0.1 ml / quş
-
İnyeksiya: Dərinin altına (boynun arxasına)
Qeyd: Newcastle xəstəliyinin yayıldığı bölgələrdə əlavə olaraq içməli su və ya sprey yolu ilə canlı zəiflədilmiş peyvəndin verilməsi tövsiyə olunur.
Tərkibi (1 doza):
-
İnaktiv Newcastle virusu: ≥ 50 PD₅₀
Saxlanma şəraiti
+2°C – +8°C temperaturda saxlanılmalıdır. Dondurmayın!
Qablaşdırma
-
250 ml flakon (2500 doza)
