CORYVAC™
Tərkibi və Analizi
CORYVAC™
İnfeksion Koryza xəstəliyinə qarşı inkativ trivalent vaksin
Ümumi məlumat
CORYVAC™ Avibacterium paragallinarum serotipləri A, B və C tərəfindən törədilən İnfeksion Koryza xəstəliyinə qarşı toyuqların immunizasiyası üçün hazırlanmış inkativ trivalent vaksindir.
Hədəf heyvan
-
Toyuqlar
Tərkibi (inkativləşdirilməmiş)
-
İnfeksion Koryza xəstəliyinə qarşı inkativ trivalent su-yağ emulsiyası
-
Hər bir serotipdən ən azı 1.5 x 10⁸ Avibacterium paragallinarum bakteriyası
İstifadə göstəriciləri
Toyuqları İnfeksion Koryza xəstəliyinin klinik əlamətlərindən və ölüm hallarından qorumaq üçün istifadə olunur.
Vaksinasiya proqramı
-
Vaksinasiya vaxtı: 8-16 həftəlik toyuqlara, baytar həkiminizin tövsiyəsinə əsasən tətbiq olunur.
-
İkinci doza: Birinci dozadan 3-4 həftə sonra, yumurtlama başlamazdan ən azı 2 həftə əvvəl vurulmalıdır.
-
İmmunitetin yaranması: Birinci vaksinasiyadan sonra 3 həftə keçdikdən sonra.
-
İmmunitetin müddəti: İki doza rejimi 6-8 həftə qoruyuculuq təmin edir. Yumurtlayan və nəsil toyuqları üçün təkrar doza tələb olunur.
Qeyd: Xəstə və immun sistemi zəif toyuqlara vaksin vurulmamalıdır. Digər baytarlıq məhsulları ilə qarışdırmayın.
Doza və tətbiq üsulu
-
Doza: 0.5 mL hər toyuğa
-
Tətbiq üsulu:
-
Boynun aşağı hissəsinə subkutan inyeksiya (iynə dərialtı, başdan uzaq istiqamətdə, düz xətt üzrə).
-
Döş və ya bud əzələsinə intramüskulyar inyeksiya (iynə 45° bucaq altında, qarın boşluğuna getməməsinə diqqət yetirilməlidir).
-
Qablaşdırma
-
500 mL (1000 doza) polietilen butulka.
